Krım Muxtar Respublikasının Kurortlar və Turizm Nazirliyi tanınmış ukraynalı müğənni Zlata Oqneviçin komandası ilə birlikdə «Krım mövsümü - 2014» reklam videoçarxı üzərində iş aparır. Videoçarxın ingilis, alman, türk, belarus, latış və s. dillərə tərcümə edilməsi nəzərdə tutulur. Videoçarx «Krım. Kurortlar. Turizm. 2014» XXIII Beynəlxalq Turizm Yarmarkası çərçivəsində təqdim ediləcək.
Zlata Oqneviç Krımın turizm məhsullarının təbliği üçün bu layihənin vacibliyini vurğulayaraq bildirib ki, diyarı çox sevir: «Ürəkdən istəyirəm ki, hər kəs Krımı özü üçün kəşf etsin».
Fəxriyyə Abdullayeva