Yaponiya qəzetində İsmayıllı rayonu haqqında məqalə dərc edilib

Yaponiyanın “Kankyo Ryokuka Şinbun” qəzetində “Dünyanın görməli yerləri” rubrikasında “Azərbaycan - İsmayıllı” adlı məqalə dərc edilib.

Məqaləni qələmə alan Azərbaycanın İsmayıllı rayonunda salınmış “Yapon bağı”nın müəllifi, bu ölkənin landşaft dizaynı sahəsində tanınan “Kosuqi Zohen Co.” şirkətinin prezidenti Saki Kosuqidir.
Müəllif Yaponiya ilə Azərbaycan arasında sıx dostluq münasibətlərinin olduğunu qeyd edir. Azərbaycanda kənd təsərrüfatının inkişafı, burada məhsuldar torpaqların olması barədə oxuculara məlumat verir. O, Azərbaycanın İsmayıllı rayonu ilə Yaponiyanın Şizuoka prefekturasının İto şəhəri arasında əlaqələrin inkişaf etdiyini, ötən il dostluq münasibətləri haqqında sazişin imzalandığını qeyd edir.
İsmayıllı haqqında oxuculara məlumat verən müəllif bildirir ki, rayon füsunkar təbiəti ilə seçilir. İsmayıllı ilə İto arasında oxşar cəhətlərin olduğunu qeyd edən S.Kosuqi hər iki rayonda turizmin inkişafı üçün əlverişli şəraitin olduğunu vurğulayır. İsmayıllıda istehsal olunan şərabların, nar şirəsinin və balın xüsusi tamı ilə seçildiyi bildirilir.
Sonda müəllif əmin olduğunu bildirir ki, İsmayıllı ilə İto şəhərləri arasında dostluq münasibətləri bundan sonra daha sürətlə inkişaf edəcək, çünki bunun əsasında iki qədim xalqın xoş məramı dayanır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar