Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 17 nömrəli Uşaq musiqi məktəbinin 28 May – Müstəqillik Gününə həsr olunmuş hesabat konserti keçirilib.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən konsertdə mədəniyyət işçiləri, uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” və məktəbin birləşmiş xor kollektivinin ifasında Cahangir Cahangirovun “Qarabağ” əsəri ilə açıq elan olunub.

Sonra şagirdlər Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.

***

Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbi “Xor aləminə səyahət” adlı konsert keçirib. Konsertdə məktəbin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının xor əsərlərini ifa ediblər. Xor kollektivinin çıxışı dinləyicilər tərəfindən maraqla qarşılanıb.

***

33 nömrəli Uşaq musiqi məktəbinin hesabat konserti isə bu təhsil ocağının 40 illik yubileyinə həsr olunub.

Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə mədəniyyət işçiləri, uşaq musiqi və incəsənət məktəblərinin direktorları və musiqisevərlər iştirak ediblər.

Əvvəlcə məktəbin 40 illik fəaliyyəti ərzində gördüyü işlər, əldə etdiyi uğurlar, haqqında məruzə dinlənilib, videoçarx nümayiş olunub.

Konsertdə məktəbin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər.