«British Airways» aviaşirkəti Böyük Britaniya, Avropa, ABŞ və Kanadaya səfər etmək istəyən azərbaycanlı turistlər üçün xüsusi tarif təklif edir. Bu, hazırda azərbaycanlı turistlər arasında daha məşhur olan Avropa istiqamətlərindən fərqli və uzaqdır.

Böyük Britaniyanın Lids və Şotlandiyanın Qlazqo şəhərlərindən ABŞ-ın Ostin, Albukerke və Las-Veqas şəhərlərinə olan aviareyslər turistlərə nadir və maraqlı təcrübə qazandıracaq. «British Airways»ın Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo de Renzis deyir ki, Lids şəhərində tarixi ekskursiyaya yollanmaq, Roma sikkələrinin tapılması üçün arxeoloji qazıntı ilə məşğul olmaq, kənd yerlərində gəzintiyə çıxmaq mümkündür. «Daunton abbatlığ» serialından sonra Yorkşir qraflığı 2014-cü ildə «Lonely planet» internet portalında səyahət üçün aparıcı istiqamətlər üzrə 3-cü yeri tutub. Yorkşirdən bir qədər şimalda Qlazqo şəhəri yerləşir.
Əgər ABŞ-da macəralar sizi daha çox cəlb edirsə, Ostində canlı musiqidən ilhamlana bilərsiz, «Breaking Bad» serialının çəkildiyi Albukerke isə səyahətçilərə SPA xidmətləri, qolf meydançası, yatmış vulkanlar, hava şarında gəzinti və «kabus» turları təklif edir. Las-Veqas da turistlərin sevimli məkanlarındandır.
Aviaşirkətin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, «British Airways»ın 2014-cü il üzrə istiqamətləri sifariş etmək üçün ba.com saytını yanvarın 23-dək ziyarət etmək lazımdır. Əldə olunan biletlərlə iyulun 31-dək səyahət etmək olar. Böyük Britaniya və Avropaya biletlərin tarifi 477 avrodan, ABŞ və Kanadaya isə 744 avrodan başlayır.
İl ərzində dünya üzrə 36 milyona yaxın sərnişin daşıyan «British Airways» 75 ölkədə 170 istiqamətdə uçuş həyata keçirir.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar