Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan R.Behbudov adına 2 nömrəli onbirillik Musiqi məktəbində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təbiəti dilləndirən musiqi” adlı tədbir keçirilib.

Tədbirdə musiqi məktəblərinin nümayəndələri, musiqisevərlər və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə təbiətlə musiqinin qarşılıqlı təsirindən, son zamanlar qlobal iqlim dəyişikliklərinin ətraf mühitə təsirindən danışılıb.

Sonra şagirdlərin ifasında təbiətə həsr edilmiş musiqi əsərləri səsləndirilib.