Ankaradakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi incəsənətimizin, o cümlədən milli rəqslərimizin təbliğinə dair yeni layihə həyata keçirir. Layihə çərçivəsində “Xəzər” Azərbaycan xalq rəqsləri ansamblı və AMM nəzdindəki dərnəyin gənc rəqqasları üçün ustad dərsləri keçirilir.
Mərkəzdən verilən məlumata görə, dərslər tanınmış rəqqas-pedaqoq, Azərbaycanın Əməkdar artisti Elnur Süleymanovun rəhbərliyi ilə bir həftə davam edəcək.
Layihənin məqsədi Azərbaycan milli solo və kollektiv rəqs nümunələrinin daha dərindən və düzgün ifasının öyrədilməsi, eləcə də təbliğidir.
Dərslər Azərbaycan və Türkiyə yeniyetmələri ilə yanaşı, digər xalqların nümayəndələri arasında da maraq doğurub.