Mayın 29-da Milli Konservatoriyanın konsert salonunda Fikrət Əmirov adına 6 nömrəli Uşaq incəsənət məktəbinin 28 May – Müstəqillik Gününə həsr olunmuş hesabat konserti keçirildi.

Konsertdən əvvəl məktəbin fəaliyyəti və son illərdə qazanılan uğurlardan söz açıldı. Diqqətə çatdırıldı ki, hesabat tədbirində ilk dəfə məktəbin rəssamlıq şöbəsi şagirdlərinin heykəltaraşlıq işləri də təqdim olunur.

Daha sonra səhnə şagirdlərin ixtiyarına verildi. Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndi. Məktəbin “Odlar yurdu” rəqs ansamblının ifası ilə başlanan konsertin davamını şagirdlərin fortepiano, kamança, tar, fleyta, qarmon, violin alətlərində ifaları bəzədi. Xoreoqrafik nömrələr, bir-birindən fərqli ifalar tamaşaçıların alqışları ilə qarşılandı. Konsert məktəbin xor qrupunun ifasında Azər Dadaşovun “And yerimiz” və Qara Qarayevin “Sülh haqqında mahnı”sı ilə yekunlaşdı.

Sonda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Milli Konservatoriyanın prorektoru Lalə Hüseynova və məktəbin direktoru Adilə Yusifova səhnəyə çıxaraq uşaqları uğurlu çıxışları münasibətilə təbrik etdilər, yeni uğurlar arzuladılar.

Lalə