19-26 yanvar tarixində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Litvanın paytaxtı Vilnüsdə səfərdə olub. Heyət Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Avstriya və Litva ekspertlərinin koordinasiyası ilə həyata keçirilən "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi" adlı tvinninq layihəsi çərçivəsində 4-cü komponentin müzakirəsi ilə əlaqədar görüşlərdə iştirak edib.
Səfər zamanı Avropa SPA Assosiasiyası, Litva Kənd Turizmi Assosiasiyası, Litva Respublikasının Ekologiya Nazirliyi, Druskininkay Turizm və Biznes İnformasiya Mərkəzi, Druskininkay Bələdiyyəsi və s. təşkilatların nümayəndələri ilə görüşlər keçirilib. Turizm marketinqi, kurort planlaşdırılması, Litvada kənd turizmi və digər turizm növlərinin inkişaf tendensiyaları, turizmin inkişafında kurort assosiasiyalarının rolu və s. mövzularda müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyəti “Adventur” beynəlxalq turizm sərgisini və Vilnüs Universitetini ziyarət edib, Litvanın iqtisadiyyat naziri, Druskininkay şəhər merinin müavini, Birştonas şəhərinin meri və Litva Kurortlar Assosiasiyasının prezidenti, Litva Turizm Palatası, Mehmanxana və Restoranlar Assosiasiyasının prezidentləri və turizm sahəsində digər vəzifəli şəxslərlə görüşüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar