Fransanın “City” jurnalının 36-cı nömrəsində “Odlar yurdu - Azərbaycan” sərlövhəli məqalə dərc olunub. Məqalədə Azərbaycanın turizm imkanlarından bəhs edilir.
Bildirilir ki, Qərb ilə Şərqin arasında əlverişli coğrafi məkanda yerləşən Azərbaycan rəngarəng landşafta malikdir, turistlərin ölkədəki qış istirahət komplekslərində xizək, yayda isə dənizdə su motosikleti sürmək imkanları var.
Azərbaycana gələn hər kəsin qədim mədəniyyətə malik bu ölkənin gözəlliklərinə valeh olacağına və onun mətbəxindən həzz alacağına əminlik bildirilən məqalədə Bakıda fəaliyyət göstərən “Four Seasons”, “Jumeirah Bilgah Beach” və digər beşulduzlu brend hotellər haqqında məlumat verilir. Müəllif xarici turistləri Azərbaycana səfərə dəvət edir.
Xatırladaq ki, Fransanın “City” jurnalının 35-ci nömrəsində də Azərbaycanın tarixindən, mədəniyyətindən, iqtisadi inkişafından, turizm potensialından bəhs edən məqalə yer almışdı.
İldə dörd dəfə çap edilən jurnalda turizm potensialına malik ölkələr və şəhərlər haqqında məqalələr dərc olunur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar