Yanvarın 24-dən 26-dək Xorvatiyanın Virovitiça şəhərində bu ölkənin İqtisadiyyat, Turizm, Regional İnkişaf və Avropa İttifaqı fondları nazirliklərinin birgə dəstəyi ilə şirkət, sənət və kənd təsərrüfatı yarmarkası - “ViroExpo -2014” keçirilib.
700-dən çox şirkətin iştirakı ilə keçirilən sərgidə Xorvatiya Respublikasında akkreditə olunmuş 20-dən artıq ölkənin, o cümlədən Azərbaycan Respublikasının səfirliyi iştirak edib.
Azərbaycan üçün ayrılmış stenddə milli mədəniyyətimizi, maddi-mənəvi irsimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən suvenir və əşyalar, xalçalarımız barədə nəşrlər, “Azərbaycan ixrac kataloqu- 2013”, ölkəmiz haqqında xorvat dilinə tərcümə olunmuş kitabçalar, “ADA” Universiteti proqramları, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə məlumatlar, Qarabağ münaqişəsinə dair materiallar nümayiş etdirilib. Azərbaycandan bəhs edən videofilmlər göstərilib, ziyarətçilərə milli şirniyyatlarımız paylanılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar