Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyi Bakıda qardaş ölkənin turizm imkanları ilə bağlı toplantı keçirib. Azərbaycanın turizm təmsilçilərinin iştirakı ilə təşkil edilən toplantıda Türkiyənin bu sahədə təcrübəsi müzakirə olunub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, ötən il 600 min azərbaycanlı Türkiyəyə səfər edib. 2014-cü ildə isə bu rəqəmin artırılması planlaşdırılır.
Görüşdə Türkiyənin alternativ turizm, səhiyyə və termal turizm sahələrinin inkişaf etdiyi xüsusilə qeyd edilib. Azərbaycanlı turistlərin sayını artırmaq məqsədilə gələcəkdə mədəniyyət sahəsində çeşidli tədbirlərin həyata keçiriləcəyi də diqqətə çatdırılıb.