İyunun 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Cövdət Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin “Renessans” xor kollektivi Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türk dövlətlərinin məktəbliləri arasında keçirilən “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalında iştirak edib.

Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan gələn musiqi kollektivləri çıxış ediblər.

Musiqi məktəbi xorunun çıxışı alqışlarla qarşılanıb.