Dün­ya Tu­rizm Təş­ki­la­tı 2013-cü ilin sta­tis­ti­ka­sı­nı açıq­la­yıb
   
   Dün­ya Tu­rizm Təş­ki­la­tı­nın dün­ya­da tu­rist sə­fər­lə­ri ilə bağ­lı 2013-cü il üçün proq­noz­la­rı özü­nü doğ­rul­dub. Təş­ki­la­tın yay­dı­ğı xə­bər­də bil­di­ri­lir ki, ötən ilin nə­ti­cə­lə­ri­nə gö­rə, dün­ya üz­rə 1 mil­yard 87 mil­yon tu­rist sə­fə­ri qey­də alı­nıb ki, bu da 2012-ci il­lə mü­qa­yi­sə­də 5 fa­iz ar­tım de­mək­dir.
   
   Qlo­bal iq­ti­sa­di tə­nəz­zü­lə bax­ma­ya­raq, ötən il ər­zin­də dün­ya üz­rə 52 mil­yon bey­nəl­xalq tu­rist tu­ru hə­ya­ta ke­çi­ri­lib. DTT eks­pert­lə­ri he­sab edir ki, bu ar­tım tem­pi 2014-cü il­də də da­vam edə­cək və tu­rist sə­fər­lə­ri­nin sa­yın­da 4-4,5 fa­iz ar­tım ola­caq.
   Qeyd edək ki, DTT-nin ekspertləri 2013-cü il­də 3-4 fa­iz ar­tı­mın ola­ca­ğı­nı proq­noz­laş­dır­mış­dı. Ey­ni za­man­da bu gös­tə­ri­ci ba­zar iq­ti­sa­diy­ya­tı­na keç­miş öl­kə­lə­rin büd­cə­lə­rin­də 6 fa­iz, iq­ti­sa­diy­ya­tı ye­ni­cə in­ki­şaf et­mək­də olan öl­kə­lə­rin büd­cə­lə­rin­də isə 4 fa­iz ar­tım de­mək­dir.
   
   «2013-cü il tu­rizm üçün çox dü­şər­li ol­du»
   
   «2013-cü il bey­nəl­xalq tu­rizm üçün çox dü­şər­li il ol­du», Dün­ya Tu­rizm Təş­ki­la­tı­nın baş ka­ti­bi Ta­leb Ri­fai ötən ilin nə­ti­cə­lə­ri­ni qiy­mət­lən­di­rər­kən be­lə de­yib. Onun söz­lə­ri­nə gö­rə, nə­ti­cə­lər sü­but edir ki, tu­rizm sek­to­ru də­yi­şən ba­zar iq­ti­sa­diy­ya­tı qay­da­la­rı­na uy­ğun ola­raq in­ki­şaf edir, dün­ya­da baş ve­rən iq­ti­sa­di və si­ya­si gər­gin­lik­lə­rə bax­ma­ya­raq, ye­ni iş yer­lə­ri­nin ya­ra­dıl­ma­sın­da müs­təs­na ro­lu olan bir sa­hə­dir: «Fak­ti­ki ola­raq, tu­rizm hər za­man yax­şı xə­bər ve­rən az­say­lı sek­tor­lar­dan bi­ri­dir. Nə­ti­cə­lər bir da­ha gös­tə­rir ki, ar­tıq tu­riz­min iq­ti­sa­diy­ya­tın apa­rı­cı is­ti­qa­mə­ti ol­du­ğu­nu, həm­çi­nin öl­kə­lə­rin so­sial-iq­ti­sa­di in­ki­şa­fın­da bu sa­hə­nin əvəz­siz ro­lu­nu eti­raf et­mək la­zım­dır».
   Ö­tən il dün­ya üz­rə tu­rist­lər öz sə­fər­lə­ri­ni da­ha çox Asi­ya-Sa­kit okean re­gio­nu­na (6 fa­iz), Af­ri­ka (6 fa­iz) və Av­ro­pa öl­kə­lə­ri­nə (5 fa­iz) real­laş­dı­rıb­lar. Sub­re­gion­lar ara­sın­da isə Cə­nu­bi-Şər­qi Asi­ya (10 fa­iz), Mər­kə­zi və Şər­qi Av­ro­pa (7 fa­iz), Cə­nu­bi və Ara­lıq də­ni­zi ət­ra­fı Av­ro­pa öl­kə­lə­ri (6 fa­iz) və Şi­ma­li Af­ri­ka (6 fa­iz) li­der­lik edir.
   Təş­ki­la­tın eks­pert­lə­ri­nin he­sab­la­ma­la­rı­na gö­rə, 2014-cü il­dən da­ha yük­sək nə­ti­cə­lər göz­lə­mək müm­kün­dür. On­la­rın fik­rin­cə, bu il Asi­ya-Sa­kit okean re­gio­nun­da (6 fa­iz) və Af­ri­ka­da (6 fa­iz) ar­tım ola­caq. Ey­ni za­man­da Av­ro­pa və Ame­ri­ka (hər iki­sin­də 4 fai­zə­dək) yük­sək po­ten­sia­lı ilə on­la­rı iz­lə­yə­cək. Eks­pert­lər Ya­xın Şərq­də də ar­tım (5 fai­zə qə­dər) ola bi­lə­cə­yi­ni proq­noz­laş­dır­sa­lar da, bu ba­rə­də də­qiq fi­kir söy­lə­mir­lər.
   
   Av­ro­pa tu­rizm­dən yük­sək gə­lir əl­də edib
   
   Av­ro­pa 2013-cü il­də qi­tə­dən kə­nar­dan 29 mil­yon tu­rist qə­bul edib. Sub­re­gion­lar ara­sın­da ən yax­şı nə­ti­cə­ni Mər­kə­zi və Şər­qi Av­ro­pa (7 fa­iz) və Cə­nu­bi və Ara­lıq də­ni­zi ət­ra­fı Av­ro­pa (6 fa­iz) gös­tə­rib.
   A­si­ya-Sa­kit okean re­gio­nu­nu 14 mil­yon tu­rist zi­ya­rət edib. Bu re­gio­nun sub­re­gion­la­rı ara­sın­da ən yük­sək nə­ti­cə Cə­nub-Şər­qi Asi­ya­da (10 fa­iz), Cə­nu­bi Asi­ya­da (5 fa­iz) və Okea­ni­ya və Şi­mal-Şər­qi Asi­ya­da (hər bi­rin­də 4 fa­iz) mü­şa­hi­də olu­nub.
   A­me­ri­ka re­gio­nu­na isə il ər­zin­də 6 mil­yon tu­rist sə­fə­ri real­laş­dı­rı­lıb. Bu re­gion­da Şi­ma­li və Mər­kə­zi Ame­ri­ka (4 faiz­lik nə­ti­cə ilə) is­ti­qa­mət­lə­ri li­der­lik edib. Ey­ni za­man­da 2012-ci il­lə mü­qa­yi­sə­də Cə­nu­bi Ame­ri­ka (2 fa­iz) və Ka­rib də­ni­zi höv­zə­si is­ti­qa­mət­lə­rin­də (1 fa­iz) ar­tım mü­şa­hi­də edi­lib.
   Af­ri­ka ümu­mi­lik­də 3 mil­yon tu­ris­ti cəlb edə bi­lib. Bu re­gion­da isə Şi­ma­li Af­ri­ka (6 fa­iz) və Cə­nu­bi Sa­xa­ra (5 fa­iz) üs­tün­lük təş­kil edir. Ya­xın Şərq­də isə ötən il tu­rist sa­yın­da artım ol­ma­yıb.
   
   Çin tu­rist xərc­lə­mə­lə­ri­nə gö­rə li­der­dir
   
   Dün­ya üz­rə tu­rizm ba­zar­la­rı ara­sın­da Çin (2012-ci il­də tu­rist xərc­lə­mə­lə­ri 102 mil­yard dol­lar olub) bi­rin­ci yer­də­dir. Ru­si­ya­nın tu­rizm xərc­lə­mə­lə­ri 20 fai­zə­dək ar­tıb. Tu­riz­min in­ki­şaf et­di­yi öl­kə­lər ara­sın­da Fran­sa­nın tu­rist xərc­lə­mə­lə­ri­nə 6 fa­iz, Ame­ri­ka Bir­ləş­miş Ştat­la­rın­da, Bö­yük Bri­ta­ni­ya­da, Ka­na­da və Avstra­li­ya­da 3 fa­iz ar­tıb olub. On­lar­dan fərq­li ola­raq, Al­ma­ni­ya, Ya­po­ni­ya və İta­li­ya­da ge­diş tu­riz­mi­nə sərf olu­nan xərc­lə­rin azal­dı­ğı bil­di­ri­lir.
   Di­gər in­ki­şaf et­miş tu­rizm ba­zar­la­rın­da da get­mə tu­riz­mi üz­rə xərc­lər açıq­la­nıb. Bu sı­ra­da Tür­ki­yə (24 fa­iz), Qə­tər (18 fa­iz), Fi­lip­pin (18 fa­iz), İn­do­ne­zi­ya (15 fa­iz), Uk­ray­na (15 fa­iz) və Bra­zi­li­ya (14 fa­iz) nə­ti­cə gös­tə­rib.
   Qeyd edək ki, ötən il Azər­bay­ca­na gə­lən tu­rist­lə­rin sa­yın­da da ar­tım mü­şa­hi­də olu­nub. 2013-cü il­də öl­kə­mi­zə 2 mil­yon 300 min­dən çox xa­ri­ci və­tən­daş gə­lib. Hə­min müd­dət­də Azər­bay­can­dan xa­ri­ci öl­kə­lə­rə sə­fər edən­lə­rin sa­yı isə 3 mil­yon 950 min nə­fə­rə ça­tıb.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar