Avstriyanın turizm iqtisadiyyatı 2013-cü ili ölkə tarixində ən yüksək göstəricilərlə başa vurub. Avstriya Statistika İdarəsinin yaydığı illik hesabata əsasən, ötən il ərzində ölkədəki hotellərdə 132,6 milyon gecələmə (gecə-nəfər) qeydə alınıb. Bu, 2012-ci ilin müvafiq göstəriciləri ilə müqayisədə 1,59 milyon nəfər (1,2 faiz) artım deməkdir.
Statistik məlumatlara əsasən, ötən il Avstriyaya turist kimi gələnlərin sayı 36,8 milyon nəfər olub, onların böyük əksəriyyəti qonşu dövlətlərdən (Almaniya, İtaliya) dincəlmək üçün bu ölkəyə səfər edib. İl ərzində 50,8 milyon gecələmə ilə birinciliyi əldə saxlayan almanlar, eyni zamanda, Avstriyanın istirahət mərkəzlərində ən çox pul xərcləyən turistlərdir. Sonrakı yerlərdə Niderland, İsveçrə, İtaliya, Böyük Britaniya, Belçika və Rusiya turistləridir.
2013-cü ilin göstəricilərinə əsasən, Avstriyanın turizm müəssisələri və beynəlxalq sərnişin daşımalarını həyata keçirən şirkətlərin turizm sektorunda ümumi dövriyyəsi 22 milyard avrodan çox olub.