Fevralın 22-də «Şahdağ» Yay-Qış Turizm Kompleksində dünyada ilk dəfə olaraq ən ekstremal və şən qış müsabiqəsi - «Red Bull Shakh Carpet» keçiriləcək.
Hərfi mənası «Xalçaların şahı» olan müsabiqənin ideyasına görə, müxtəlif kostyumlar geyinmiş, dağdan enmək üçün hər cür vasitələrlə təchiz olunmuş iştirakçılar sonda kiçik tramplinin üzərindən hovuza tullanırlar. İştirakçıların xüsusilə müsabiqə üçün yaratdıqları hərəkət vasitələrinin əsas elementi mütləq xalça olmalıdır.
Qeydiyyatdan keçmək üçün iştirakçılar əvvəlcədən komandanın kreativ konsepsiyasını fikirləşməli, xalça ilə sürüşmək üçün vasitə düzəltməli, ona ad tapmalı və müvafiq şən kostyumlar hazırlamalıdırlar. Müsabiqədə iştirak üçün ən kreativ komandalar seçiləcək. Komanda iki-üç iştirakçıdan ibarət olacaq. Hər komandaya çıxış üçün beş dəqiqə vaxt veriləcək. 

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar