Mədəniyyət və Turizm Nazirliyi dövlət təsnifatından keçərək «ulduz» almış mehmanxanaların sayını açıqlayıb. Məlumata görə, hazırda 48 mehmanxana və mehmanxana tipli obyekt «ulduz» kateqoriyası ilə fəaliyyət göstərir. Onlardan 19-u beşulduz, 22-si dörd, 5-i üç, 2-si iki ulduzludur. «Beşulduzlu» hotellərin 15-i, «dördulduzlu» hotellərin 12-si, «üçulduzlu» hotellərin 4-ü Bakıdadır.
Mehmanxanalara verilən «ulduz» kateqoriyası 3 il ərzində qüvvədə olur. Dövlət təsnifatından keçmiş hotellərin əksəriyyətinin ulduzlarının qüvvədə olma müddəti ötən ilin dekabr və bu ilin yanvar ayında bitib. Həmin hotellər 2010-cu ilin dekabrında və 2011-ci ilin yanvar ayında dövlət təsnifatından keçiblər. Hazırda nazirlik həmin hotellərə yenidən «ulduz» kateqoriyasının verilməsi üçün edilən müraciətləri nəzərdən keçirir.
Qeyd edək ki, 2013-cü ilin sonuna olan məlumata əsasən, Azərbaycanda 516 mehmanxana və mehmanxana tipli obyekt var.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar