Qocaman fotoqraf, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının veteranı Məmməd Babayevin şəxsi arxivindən Azərbaycan Dövlət Film Fonduna yeni fotosənədlər daxil olub.

Fonddan bildirilib ki, təqdim olunan fotolarda Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, görkəmli dirijor və bəstəkar Niyazinin müxtəlif görüşlərdə çəkilmiş nadir görüntüləri var. Maestronu Sovet Ordusunun əsgər və zabitləri ilə səmimi ortamda ünsiyyətdə, pianoda hərbçilər üçün ifa edərkən, şimal şəhərlərindən birində duz-çörəklə qarşılanarkən, Bakıda yay pioner düşərgəsində uşaqların əhatəsində və s. yerlərdə görürük.