Dubay Əmirliyi martın 31-dən başlayaraq hoteldə 1 gecə qalmağa görə turistlərdən vergi almağı planlaşdırır. Verginin miqdarı 7-20 dirhəm (1 ABŞ dolları 3,6 dirhəmə bərabərdir) müəyyənləşdirilib.
İnformasiya vasitələrində yer alan məlumata görə, turizm vergisi bütün hotel, apartament, qonaq evləri və istirahət evlərində qalmağa görə alınacaq. Hazırda Dubayda hotellərin müştərilərindən nömrələrin qiymətinə əlavə olaraq 10 faiz bələdiyyə vergisi və bu qədər də xidmət haqqı tutulur.
Əldə edilmiş vəsait Dubayın turizm və ticarətin stimullaşdırılması üçün beynəlxalq bazarda irəliləməsinə xərclənəcək. Eyni zamanda Dubay hökuməti bu yolla «EXPO-2020» beynəlxlaq sərgisinə hazırlaşır. Bu nəhəng dünya səviyyəli tədbirin təşkili üçün 6,5 milyard avro vəsait lazımdır. Hökumət bu vəsaiti turizm sektorundan gələn gəlir hesabına əldə etmək niyyətindədir. Dubayın Turizm və Kommersiya Departamentinin məlumatına görə, 2020-ci ilə qədər ölkədə 140-160 min nəfərlik hotel nömrəsi hazır olmalıdır. Hazırda Dubayda 600 hotel və qonaq evlərində ümumilikdə 84 min yataq yeri mövcuddur.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar