Azərbaycan regionlarının gənclərə tanıdılması, turizm imkanlarından düzgün istifadə olunması və gələcəkdə gənclərin ixtisas seçimində bu sahədə çalışmalarını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə «Azərbaycanı tanıyaq və turizm imkanlarından düzgün istifadə edək» adlı layihənin I mərhələsi başa çatıb.
Layihə çərçivəsində paytaxtın müxtəlif təhsil ocaqlarından seçilmiş 25 nəfər gənc üçün ötən ilin noyabrında Quba və Xaçmaz rayonlarında 1 həftə müddətində təlimlər keçirilib və bölgənin turizm potensialı barədə geniş məlumatlar təqdim olunub.
Bu günlərdə layihənin yekunlarına dair təqdimat keçirilib.
Fəxriyyə Abdullayeva