«AtaTravel» MMC tərəfindən Qusarda yerləşən «Şahdağ» Qış-Yay Turizm Kompleksinə bu vaxta qədər 200-dən artıq turist göndərilib. Şirkətin direktor müavini Ərtoğrul Qafarovun dediyinə görə, «Şahdağ»a turist kimi getməyin bir nəfər üçün qiyməti avtobus, səhər yeməyi, bələdçi və fotosessiya daxil olmaqla, 19 manata başa gəlir: «Təcrübəsi olanlarla yanaşı, heç vaxt xizəklə sürüşməyənlər də «Şahdağ» Qış-Yay Turizm Kompleksinə gedə bilərlər. Burada xüsusi təcrübə məkanı və peşəkar təlimçilərin olduğu xizək məktəbi də açılıb. Peşəkar xizəkçilər hazırda kompleksin istifadəyə verilmiş 7 xizək zolağından istifadə edirlər. Turistlər xizək enişinə başlamaq üçün kompleksdə artıq istifadəyə verilmiş dörd kanat yolundan yararlanırlar».

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar