8-9 iyun tarixlərində Şamaxıda Hava Şarları Festivalı (Balloon Festival) keçirilib.
Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunan festivalın məqsədi ölkəmizin, o cümlədən Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.
İki gün ərzində müxtəlif forma və dizaynda hava şarlarının Meysəri kəndi üzərində nümayişi keçirilib.
Meysəri kəndindəki “Şirvan şərabları” kompleksi ərazisində konsert və əyləncə proqramı da təşkil olunub. Qeyd edək ki, festival ikinci dəfədir keçirilir.