Azərbaycan Milli Atlasının hazırlanması ilə əlaqədar müxtəlif adda 452 səhifə olmaqla tematik xəritələr, diaqram, mətn və cədvəllər hazırlanıb və razılaşdırılması üçün aidiyyəti üzrə dövlət qurumlarına göndərilib.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun sözlərinə görə, Azərbaycan Ensiklopediyasına daxil edilən (H-X) hərflər üzrə 16 xəritə hazırlanaraq təhvil verilib, Gəncə şəhərinin turist planı hazırlanaraq 200 nüsxə nəşr edilib. Komitə sədri bildirib ki, bununla yanaşı, Azərbaycanın geoekoloji xəritəsi hazırlanaraq 200 nüsxə nəşr edilib, 1918-1920-ci il tarixi xəritəsi, Cavad, Bakı, Şamaxı və Göyçay qəzalarının xəritələri hazırlanıb.
Fəxriyyə