45 il əvvəl, 15 iyun 1979-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında böyük bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baletinin ilk tamaşası olub.

Baletin librettosunu “Min bir gecə” nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar yazmışdı. Xoreoqrafik quruluşu Nailə Nəzirova, səhnə tərtibatını Toğrul Nərimanbəyov vermişdi. 1980-ci ildə baletin yaradıcıları (bəstəkar, baletmeyster, rəssam, baş rolların ifaçıları) SSRİ Dövlət mükafatına layiq görüldülər.

1981-ci ildə balet SSRİ-nin baş səhnəsində – Moskvada, Kreml Sarayı səhnəsində nümayiş olundu.

***

Fotoda (soldan sağa): Azərbaycan SSR-in Xalq rəssamı Toğrul Nərimanbəyov; SSRİ-nin Xalq artisti Fikrət Əmirov; Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi Nailə Nəzirova; Azərbaycan SSR-in Əməkdar artisti Rafael Qriqoryan (Şəhriyar); Azərbaycan SSR-in Xalq artisti Tamilla Şirəliyeva (Şəhrizad) Kreml səhnəsində tamaşadan sonra.

Azərbaycan Respublikası Kino Foto Sənədləri Arxivi (inventar N 149336)