Hər il olduğu kimi, bu il də Azərbaycanın turizm şirkətlərinin iştirakı ilə Bakıdan Türkiyənin Antalya, Bodrum, İzmir, Muğla kimi istirahət bölgələrinə mövsümi uçuşlar təşkil olunacaq. Bu barədə məlumat verən «SW Travel» şirkətinin direktoru Şirzad Əfəndiyevin sözlərinə görə, aviareyslər «Azərbaycan Hava Yolları» və «Türk Hava Yolları»nın əməkdaşlığı çərçivəsində, may ayından oktyabradək həyata keçiriləcək.
Antalya və Bodruma uçuşların iyun-sentyabr aylarında hər gün, İzmirə həftənin çərşənbə axşamı və cümə günləri, Dalamana (Muğla) isə cümə axşamı və bazar günləri yerinə yetirilməsi nəzərdə tutulub.
Bundan başqa, turizm mövsümündə Ukraynanın Lvov şəhərinə uçuşların davam etdirilməsi, Simferopol şəhərinə isə mövsümi uçuşların bərpası planlaşdırılır. Lvov istiqamətində aviareyslərin həftənin cümə axşamı və bazar, Simferopol istiqamətində isə bazar ertəsi və cümə günləri təşkil olunması nəzərdə tutulub.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar