Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin bağlanış konserti olub. İyunun 13-də Muqimi adına Musiqili Dram Teatrında Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” adlı proqramı təqdim edilib.
Azərbaycan rəqs sənətinin ən seçkin örnəklərindən ibarət konsertdə əsl anşlaq yaşanıb. Rəqqasların yüksək peşəkarlıqla ifa etdiyi “Süita”, “Qaval”, “Qazağı”, “Yaylıqla rəqs”, “Nağara”, “Şalı”, “Qaytağı”, “Toy”, “Qılıncla rəqs”, “Çayçı” və “Vətən” rəqsləri, eləcə də musiqi nömrəsi tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.