Filologiya elmləri doktoru, professor Həsən Quliyevin “Məhəmməd Əsəd bəy (Qurban Səid): mübahisələr və həqiqət” adlı miniatür kitabı “Kitab” cəmiyyəti tərəfindən nəşr edilib. 
   Cəmiyyətin sədri, Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahovanın təşəbbüsü ilə “İndiqo” nəşriyyatında çapdan çıxan 40x45 mm ölçülü, 160 səhifədən ibarət kitaba 21 fotoşəkil daxil edilib.
   Avropada çox məşhur olan “Əli və Nino” romanının müəllifi Qurban Səidin əslində kim olması barədə mübahisələr xeyli vaxtdır ki, davam edir. “Əli və Nino” 30-dək dilə tərcümə edilərək 11 milyon nüsxə tirajla yayılıb. Qurban Səid imzası altında kimin gizlənməsi məsələsi hələ də tənqidçilərin və ədəbiyyatşünasların mübahisə mövzusudur.
   H.Quliyev miniatür nəşrə ön sözdə yazır: “Bu gün biz nəhayət deyə bilərik ki, müəmmanın açılmasına, daha doğrusu həqiqətə yaxınlaşmışıq”. Məqalədə “Əli və Nino” romanının müəllifinin mənşəyinə dair bütün versiyalar nəzərdən keçirilir.
   Müəllif Əsəd bəyin bioqrafı və yaxın dostu Əhməd Cəmilin dəlillərinə, bir sıra faktlara, çoxsaylı arxiv sənədlərinə istinad edir.
   H.Quliyev Məhəmməd Əsəd bəyin kitabları ilə Azərbaycan oxucularını daha yaxından tanış etmək üçün əlimizdən gələni əsirgəməməyi təklif edir. Qoy oxucu onun haqqında həqiqəti elə öz kitablarından öyrənsin. Onda müxtəlif yozumları təhlil etməyə ehtiyac qalmaz. Həqiqət isə budur ki, XX əsrin klassiki olmuş, mühacirətdə yaşamış və ömrünü qürbətdə başa vurmuş Əsəd bəy (yaxud Qurban Səid, yaxud Leo Nussimbaum) görkəmli həmvətənimizdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar