Yalnız hər beş nəfərdən biri məzuniyyətini Avropa İttifaqından kənarda keçirir

Avropa İttifaqı (Aİ) ölkələri məzuniyyətin keçirilməsi üçün populyar yer olaraq qalır və turizm əvvəlki kimi yenə də “köhnə qitə”də iqtisadiyyatın mühüm amilidir.

Aİ-nin “Avrobarometr” statistika xidmətinin yanvarın 5-dən 11-dək keçirdiyi rəy sorğusu bunu təsdiq edir. Müxtəlif sosial qruplardan olan 31 mindən çox insanı əhatə edən sorğu Aİ ölkələrindən əlavə, Türkiyə, Makedoniya, İslandiya, Norveç, Serbiya, Monteneqro və İsraildə də aparılıb.
Məsələn, 2013-cü ildə respondentlərin 38 faizi öz əsas məzuniyyətində Aİ ölkələrinə səyahətə çıxıb, onların sayı 2012-ci ildəkinə nisbətən 5 faiz artıb. Rəy sorğusu iştirakçılarının təqribən 42 faizi bildirib ki, öz ölkəsində dincəlib. Bu kateqoriyadan olanların sayı 5 faiz azalıb. Respondentlərin təqribən 19 faizi (bir il əvvəlkindən 2 faiz az) Aİ-nin hüdudlarından kənara çıxaraq başqa ölkəyə gedib.
Respondentlərin 11 faizi 2014-cü ildə indiki iqtisadi vəziyyətlə əlaqədar heç yerə tətilə getməyi planlaşdırmır. Rəyi soruşulanların təqribən 44 faizi isə iqtisadi problemlərinə görə öz planlarını dəyişməyəcək və məzuniyyətində səfərə çıxacaq.
Cari ildə respondentlərin 42 faizi əsas məzuniyyəti zamanı öz ölkəsində qalmağı planlaşdırır, 29 faizi tətilini Aİ ölkələrində, 16 faizi isə ittifaqın hüdudlarından kənarda keçirmək istəyir.
Aİ ölkələrində iqtisadi böhran hələ də özünü göstərir. Məlumatda deyilir ki, 2013-cü ildə Aİ-də ümumi daxili məhsul artmayıb. Avropa Komissiyasının verdiyi proqnoza görə, 2014-cü ildə artım 1,4 faiz, 2015-ci ildə isə 1,9 faiz olacaq. Turizm iqtisadi böhran dövründə Avropa iqtisadiyyatının dayaqlarından biri olaraq qalır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar