«Azərbaycan vətəndaşlarının alıcılıq qabiliyyətini nəzərə alaraq turizm sahəsində də qiymətlərin tənzimlənməsi lazımdır». Bu fikri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir diqqətə çatdırıb ki, 2012-2013-cü illərdə həyata keçirilən tədbirlər nəticəsində qiymətlərin artırılmasının qarşısı alındı. Bu siyasət davamlı olacaq: «Qiymətlərin enməsi rəqabətin və xidmətin səviyyəsindən asılıdır. Nə qədər ki, rəqabətədavamlı təşkilatlar olacaq, o zaman qiymətlər də aşağı düşəcək».
Əbülfəs Qarayev vurğulayıb ki, bu sahənin inkişafı üçün dövlət proqramı nəzərdə tutulub. Proqrama əsasən, ölkənin müxtəlif yerlərində xüsusi turizm zonaları yaradılacaq: «Turizm zonasının inkişaf konsepsiyası sərmayəçilərə imkan verəcək ki, onlar həmin ərazidə dövlət qanunlarına uyğun olaraq tikinti aparsınlar və bu sahəni inkişaf etdirsinlər».
Fəxriyyə