Memorial muzeydə xatirə konserti
Bülbülün Memorial Muzeyinin və “Bülbül vokal məktəbi”nin birgə təşkilatçılığı ilə Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor Bülbülün (1897–1961) anadan olmasının 127-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova dahi sənətkarın əziz xatirəsinin 24 il yaşadığı bu evdə mütəmadi olaraq müxtəlif musiqi tədbirləri, sənət görüşləri ilə yad edildiyini vurğulayıb.
Tanınmış vokalçı, Əməkdar artist Ramil Qasımov çıxış edərək dahi müğənninin sənət yolunun davamçısı olmaqdan qürur duyduğunu deyib, Bülbül ənənələrini yaşatmaq, gələcək nəsillərə ötürmək məqsədilə yaratdığı vokal məktəbindən bəhs edib.
Tədbirdə “Bülbül vokal məktəbi”nin tələbələri çıxış ediblər.