Fevralın 26-da «Fairmont Baku» hotelində Barselona Konqres Bürosu (Barcelona Convention Bureau) «TMI Consultancy» turizm şirkətinin dəstəyi ilə Azərbaycanın turizm təmsilçiləri üçün təqdimat keçirib.
İnfotour.az saytının məlumatına görə, işgüzar turizmlə bağlı təqdimatda Barselona Konqres Bürosunun təmsilçisi Mateo Asensio şəhərin işgüzar səfərlər və tədbirlər üçün olduqca əlverişli imkanlara malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, şəhər qədimliklə müasirliyin birləşdiyi bir məkandır: «Barselona qrup şəklində ən maraqlı turların reallaşdırıldığı turizm mərkəzidir. Müasir standartlara cavab verən hotellər, yüksək qonaqpərvərlik, böyük və hər cür şəraitə malik konqres mərkəzləri bu şəhəri intensiv turların həyata keçiriləcəyi bir məkana çevirib».
Qonaq Barselona Konqres Bürosu barədə tədbir iştirakçılarını məlumatlandıraraq, bildirib ki, qurum 1983-cü ildə yaradılıb, hazırda 300-dən çox üzvü var. Hər il Barselonada 2000-dən artıq müxtəlif səpkili işgüzar tədbirlər, seminarlar, simpoziumlar, konqreslər keçirilir: «Barselona Konqres Bürosu Azərbaycan vətəndaşlarını da cəlb etmək üçün mədəniyyət, idman, qonaqpərvərlik, şoppinq və digər mövzularda proqramlar hazırlayıb».
Sonra işgüzar turizm üzrə ixtisaslaşmış «Melia Barcelona Hotels» və «W Hotel» hotelləri, həmçinin «ITB DMC» şirkəti ilə bağlı təqdimat keçirilib, bu müəssisələrin təmsilçiləri iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar