Fevralın 22-23-də Vaşinqtonda keçirilən 10-cu səyahət və macəralar sərgisində «Azərbaycan möcüzələri» («Wonders of Azerbaijan») layihəsi çərçivəsində ölkəmizin turizm potensialı nümayiş etdirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə «Azərbaycan - Odlar yurdu, tolerantlıq diyarı» başlığı altında təşkil edilmiş stenddə ölkəmizin zəngin tarixə, maddi-mədəni irsə və ləziz mətbəxə malik olduğu, həmçinin dini və mədəni müxtəlifliyi ilə seçildiyi iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, bundan öncə «Azərbaycan möcüzələri» layihəsi çərçivəsində ölkəmizin turizm şirkətləri Çikaqo və Los Anceles şəhərlərində keçirilmiş sərgilərdə iştirak ediblər.


 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar