Martın 5-dən 9-dək Almaniyanın Berlin şəhərində keçiriləcək «İTB Berlin 2014» beynəlxalq turizm sərgisində ölkəmiz də təmsil olunur. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. Heyətə nazirliyin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən 10-dan çox turizm şirkəti və mehmanxanaların təmsilçiləri daxildir.
Sərgidə respublikamızın turizm imkanları 104 kv.m sahədə nümayiş olunacaq.
Guşəmiz ziyarətçi və iştirakçılara paylanmaq üçün ingilis və alman dillərində reklam-çap məhsulları ilə təmin olunub.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən «İTB Berlin» beynəlxalq turizm sərgisində iştirak edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar