Martın 2-də Yaponiyanın İto şəhərində açılan beynəlxalq əməkdaşlıq festivalında Azərbaycan stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə İto şəhərinin dünyanın müxtəlif ölkələrində qardaşlaşdığı şəhərlər öz stendləri, milli rəqs və musiqiləri ilə fəal iştirak edirlər. Ötən ilin noyabrında Azərbaycanın İsmayıllı rayonu ilə İto arasında dostluq haqqında müqavilənin imzalandığını xatırladan şəhər meri Hiromi Tsukuda festivalda ilk dəfə Azərbaycan stendinin də təqdim edildiyini vurğulayıb.
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə şəhər rəhbərliyinə və sakinlərə mehriban dostluq münasibətinə və əməkdaşlığa görə minnətdarlığını bildirib, festivalın müxtəlif xalqların adət-ənənələri və mədəniyyəti ilə yaxından tanış olmaq üçün əlverişli şərait yaratdığını deyib. Diplomat qədim və zəngin mədəniyyətimiz haqqında danışıb, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş muğam sənəti, Novruz bayramı, ölkəmizin turizm imkanları barədə məlumat verib.
Sonra tədbir iştirakçıları Azərbaycan, İngiltərə, Fransa, Avstraliya və İtaliya səfirlikləri tərəfindən hazırlanmış stendlərlə tanış olublar.
Azərbaycan səfirliyinin hazırladığı stenddə milli adət-ənənələrimizi, Bakı mənzərələrini əks etdirən eksponat və rəsm əsərləri, ölkəmiz haqqında yapon dilində müxtəlif nəşrlər, “İRS-İsan” jurnalının nömrələri, İsmayıllı rayonundan gətirilmiş ərzaq məhsullarının və şərabların nümunələri tədbir iştirakçılarına təqdim edilib.
Tədbir iştirakçıları Azərbaycan stendinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd edib, İsmayıllı balının, çərəzlərin və şərabların dadına baxıblar.
Qeyd edək ki, ötən həftə ölkəmiz paytaxt Tokionun Mequro rayonunda keçirilən analoji festivalda da təmsil olunmuşdu.


 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar