Ölkə Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2006-cı il tarixli qərarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yanvar və fevral aylarında bir sıra mehmanxana və mehmanxana tipli obyektlərə, həmçinin turizm şirkətlərinə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) verilib.
Bakı şəhərində yerləşən «Mont İnn», «Karat İnn», «Anatolia», «Modern Hotel» mehmanxanaları, «SP» moteli, Şamaxıda «Şamaxı» moteli, Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən «Kardinal» istirahət mərkəzi, rayonda yerləşən «Elit-N» mehmanxanası, «Çoban Bulaq» istirahət mərkəzi, Qubadakı «Terrace-Quba» mehmanxanası, Oğuz rayonunda «Səma» mehmanxanası, Yevlaxdakı «Kainat» moteli, Masallı rayonunda «Dəniz» istirahət mərkəzi nazirliyin rəsmi lisenziyası əsasında fəaliyyət göstərəcək.
Eyni zamanda yanvar və fevral aylarında «Khazri Travel», «Prezident», «Freestyle Safari», «Kings - Travel», «İdeal Tours», «Bay Travel» şirkətlərinə, «E Global Connections Ltd»nin Azərbaycandakı filialı, «Elvin» kiçik müəssisəsi də turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. 


Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar