İyulun 6-da Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvə görüşü keçiriləcək.

TDT-dən bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçiriləcək toplantıda Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentlərinin iştirakı gözlənilir. Bununla yanaşı, sammitə təşkilata müşahidəçi qismində üzv olan dövlətlərin liderləri də qatılacaq. Qeyd edək ki, daha öncə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Şuşa zirvə görüşündə iştirak edəcəyi bildirilmişdi.

Şuşa sammitinin proqramı da açıqlanıb. Bildirilib ki, “Nəqliyyat bağlantısı və iqlim fəaliyyəti vasitəsilə davamlı gələcəyin qurulması” mövzusunda  zirvə görüşü təşkilatın əsas məsələləri və gündəliyi üzrə yüksək səviyyəli müzakirələr üçün platforma rolunu oynayacaq.