Bu, iki ölkə arasında turizmin və yük daşımalarının artmasına töhfə olacaq

Beynəlxalq aviasiya təhlükəsizliyinin qiymətləndirməsindən sonra ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FMAİ) tərəfindən aviasiya təhlükəsizliyi sahəsində Azərbaycana 1-ci dərəcə verilib. ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən xəbərə görə, bu təsnifat ölkəmizin aviasiya şirkətlərinə Birləşmiş Ştatlara birbaşa uçuşların həyata keçirilməsinə icazə verəcək. Bu, ölkələrimiz arasında turizmin və yük daşımalarının artmasına töhfə olacaq.
FMAİ müəyyən edib ki, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası (ARDMAA) Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv olaraq üzərinə götürdüyü bütün səkkiz həlledici element üzrə təhlükəsizliyə nəzarət öhdəliklərini effektiv şəkildə yerinə yetirir. Bu, qurumun texniki təhlil missiyası tərəfindən 2013-cü ilin oktyabrında Azərbaycanda həyata keçirilmiş qiymətləndirmə və ARDMAA ilə dekabr-yanvarda aparılmış hərtərəfli texniki müzakirələrdən sonra müəyyən edilib. “ABŞ-ın Ticarət və İnkişaf Agentliyi 1-ci dərəcə reytinqinin alınmasına səbəb olmuş aviasiya təhlükəsizliyinə nəzarət sahəsində təkmilləşdirmələrin həyata keçirilməsində ARDMAA-nın fəaliyyətinə töhfə verməkdən məmnundur”, - deyə məlumatda bildirilir.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar