Azərbaycan Turizm İnstitutu (ATİ) ötən ilin noyabrında Dünya Turizm Təşkilatının (DTT) mühüm qurumlarından sayılan «Bilik Şəbəkəsi» Komitəsinə üzv olmaq üçün rəsmən müraciət etmişdi. Müraciətdə ali təhsil ocağı ilə bağlı məlumatlar - yaranma tarixi, məqsəd və əsas prinsipləri, beynəlxalq təşkilat və qurumlarla əlaqələri, DTT-yə qoşulmuş üzv kimi «Bilik Şəbəkəsi» Komitəsinin uğurlu fəaliyyətinə dair təkliflər yer almışdı.
Bu günlərdə ATİ-nin DTT-nin «Bilik Şəbəkəsi»nə üzv seçilməsi ilə bağlı instituta qurumun səlahiyyətli nümayəndəsi İgnacio Rosun imzası ilə məktub gəlib. Beləliklə, Turizm İnstitutu daha bir beynəlxalq quruma üzv olub.
Fəxriyyə