Martın 14-də «Fairmont Baku» hotelində «Sərgilərdə daha səmərəli iştirak üçün nə etməli?» mövzusunda praktik seminar keçiriləcək. Tədbirin təşkilatçısı olan «İteca Caspian» şirkətindən verilən məlumatda bildirilir ki, Azərbaycanda sərgi sənayesi sürətlə inkişaf edir, sərgilərdə iştirak üçün şirkətlərarası rəqabət daha da artır. Bu baxımdan, sərgilərdən maksimum faydalanmağın yolları mövzusunda seminarların keçirilməsi aktual məsələyə çevrilib.
Məlumata görə, «Iteca Caspian» artıq 4-cü dəfədir belə seminar təşkil edir. Budəfəki tədbirdə «EkspoEffekt» sərgi konsaltinqi agentliyinin baş direktoru Nikolay Karasev praktiki məsləhətlərini iştirakçılarla bölüşəcək. Sərgi sənayesində çoxillik iş təcrübəsinə malik ekspert «Sərgilərdən maksimum faydalanmaq üçün nə etməli» mövzusunda praktiki tədris vəsaitinin müəllifidir. Seminar iştirakçılarına vizual materiallar, habelə faydalı praktiki tövsiyələr təqdim ediləcək. Tədbirdə şirkət direktorları, marketinq və satış üzrə direktor və menecerlər, eləcə də sərgilərdə iştiraka hazırlıq üçün məsul olan əməkdaşların iştirakı tövsiyə olunur.

Fəxriyyə