Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi mütəmadi olaraq gənclərin asudə vaxtının səmərəli təşkili, Azərbaycanın zəngin mədəni irsi, musiqi mədəniyyəti ilə yaxından tanış olmasının təmin edilməsi məqsədilə tədbir və layihələr həyata keçirir.

İyulun 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Musiqi Həvəskarları Klubunda “Gənclərə dəstək” layihəsi çərçivəsində həvəskar bəstəkar və pianoçu Həbib Həbibov, Sərxan Ələsgərli (skripka) və İradə Məlikzadənin (aparıcı) iştirakı ilə “Parlaq gələcəyə doğru bizimlə addımla” adlı konsert təqdim olunub.