M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Yay zalı” uzun fasilədən sonra fəaliyyətini bərpa edib.
İyulun 7-də “Yay zalı”nda Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimov) iştirakı ilə mövsümün bağlanışına həsr olunmuş “Yay axşamı” adlı konsert keçirilib.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solistlər – Əməkdar artist Ramil Qasımov (tenor), Aytac Şıxəlizadə (mezzo-soprano), Nəzrin Aslanlı (violin), Məmməd Rəcəbli (klarnet) çıxış ediblər.
Proqramda G.Rossini, J.Straus, J.Bize, Z.Abreu, M.Ponce, D.Şostakoviç, A.Şou, A.Marquez, Niyazi, T.Quliyev və E.Mansurovun əsərləri səsləndirilib.