Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq tədbirlərin turizmin inkişafında mühüm rolu var. Bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir Euronews, CNN və digər xarici telekanallarla əməkdaşlığın ölkəmizə turist axınının artmasına müsbət təsir göstərdiyini qeyd edib.
Qarşıdakı illərdə Bakıda bir sıra böyük miqyaslı tədbirlərin, o cümlədən 2015-ci ildə I Avropa Oyunlarının, III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini diqqətə çatdıran Əbülfəs Qarayev deyib ki, 2020-ci ilədək ölkəmizə gələn turistlərin sayının 5 milyona çatdırılması qarşıya məqsəd olaraq qoyulub: «Son 10 ildə Azərbaycanda turizmdən əldə edilən gəlirlər əhəmiyyətli dərəcədə artıb. Yol-nəqliyyat və digər infrastrukturun müasirləşdirilməsi də turizmin inkişafına yol açıb”.
Nazir qeyd edib ki, bu gün Azərbaycanın dünyada tanıtımı üçün müasir təbliğat vasitələrindən istifadə olunur. O cümlədən tarixi abidələr vasitəsilə ölkəyə turist axınını artırmaq olar: «Azərbaycanda tarixi abidələrin son inventarlaşdırılması 2001-ci ildə aparılıb. Hazırda 6308 tarix və mədəniyyət abidəsi dövlətin mühafizəsindədir, 27 dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir. Ölkə ərazisində mövcud olan tarixi abidələrin hamısı pasportla təmin olunmalıdır. Bu işdə müvafiq dövlət qurumları ilə yanaşı, ictimaiyyət də iştirak etməlidir”.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar