Martın 19-dan 22-dək Moskvada «MİTT-2014» beynəlxalq turizm sərgisi keçiriləcək. Hər il olduğu kimi, bu il də Azərbaycan bu sərgidə təmsil olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, «MİTT- 2014»də ölkəmizin turizm potensialının nümayiş etdirilməsi məqsədilə 84 kvadrat-metrlik sahə icarəyə götürülüb. Sərgidə Azərbaycanda fəaliyyət göstərən 18 turizm şirkəti və mehmanxananın nümayəndəsi də iştirak edəcək. Ziyarətçilərə paylamaq üçün ölkəmizin stendi rus və ingilis dillərində hazırlanmış reklam-çap məhsulları ilə təmin olunub.

Fəxriyyə 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar