Türkiyənin dövlət universitetlərində axşam proqramlarının bağlanmasına qərar verilib. Memarlıq, əczaçılıq, psixologiya, qidalanma-diyetoloq kimi elm proqramlarına qəbul kvotası məhdudlaşdırılır.
Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar yeni qərarın ali təhsil müəssisələrində proqram keyfiyyətinin yüksəldilməsi məqsədi daşıdığını bildirib. Qeyd edib ki, dövlət və vəqf universitetlərinin axşam təhsil proqramları məşğulluğa və gələcəyin peşələrinə uyğun proqramlarla əvəzlənəcək.
Qeyd edək ki, ötən tədris ilində Türkiyə universitetlərində ümumilikdə 1308 axşam proqramı əsasında təxminən 80 min tələbə təhsil alıb.