Fransa paytaxtı öncəki illərdə olduğu kimi, 2013-cü ildə də turistlərin ən çox səfər etdiyi şəhər olub. Ötən il Paris təqribən 15,5 milyon xarici turist qəbul edib. Bu, 2012-ci illə müqayisədə 8,2% çoxdur. Xarici qonaqların sayı isə son 10 ildə ən yüksək həddə çatıb. Turistlərin 2,1 milyon nəfəri Böyük Britaniyadan gəlib. Sonrakı sıralamada amerikalılar, almanlar, italyanlar və çinlilər gəlir. Yaxın Şərqdən gələn turistlərin sayı da 21% artıb.
Bununla yanaşı, fransızlar öz paytaxtlarına daha az maraq göstərməyə başlayıblar. Parisə baş çəkən yerli turistlərin sayı 2012-ci illə müqayisədə 7,5% azalıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar