26-28 mart tarixində Ukraynanın paytaxtı Kiyevdə "UITT 2014" beynəlxalq turizm sərgisi keçirilib. Sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Ukraynadakı səfirliyinin dəstəyi ilə "Regea travel" və "Proxy travel" turizm şirkətləri iştirak ediblər. Ölkəmizin turizm imkanları 49 kvadratmetr sahədə nümayiş olunub.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli sərginin ilk günü milli pavilyonumuza baş çəkib, orada ölkəmizin zəngin turizm potensialından bəhs edən müxtəlif informasiya-soraq materialları, rəngarəng plakatlar və videoçarxlarla tanış olub. Stendimizin ziyarətçilərinə ingilis və rus dillərində müxtəlif növ reklam-çap məhsulları paylanıb.
Qeyd etmək lazımdır ki, "UİTT 2014" beynəlxalq turizm sərgisində ölkəmizlə yanaşı, 22 ölkədən 600-ə yaxın şirkət iştirak edib.