“AITF 2014” sərgisində 38 ölkədən 300-ə yaxın şirkətin iştirakı gözlənilir

Aprelin 3-dən 5-dək paytaxtımız növbəti beynəlxalq turizm tədbirinə ev sahibliyi edəcək.
Bu il 13-cü dəfə təşkil olunan Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi («AITF 2014») “Bakı Expo” mərkəzində baş tutacaq. Tədbirin təşkilatçısı «Iteca Caspian» şirkətindən verilən məlumata görə, sərgidə 38 ölkədən 300-ə yaxın şirkətin iştirakı gözlənilir.
«AITF 2014»də milli və regional ekspozisiyalardan ibarət olan 24 stend nümayiş olunacaq. Stendlər Fransa, İtaliya, Malayziya, Çernoqoriya, Macarıstan, İndoneziya, Gürcüstan, Mərakeş, Argentina, Türkiyə, Sloveniya, Yunanıstan, Misir, Çin, Tailand və s. tərəfindən təqdim ediləcək. Sərgidə Azərbaycanın 22 regionundan 60-dan çox hotel və istirahət mərkəzi də iştirak edəcək.
Builki sərginin özəlliklərindən biri də «Xaricdə daşınmaz əmlak» və «Tibbi turizm» adlı yeni sektorların nümayiş olunmasıdır. Həmin bölmələrdə Türkiyə, Almaniya, İsveçrə, İsrail, Rusiya, Litva, Yunanıstan və Kiprdən şirkətlər, aparıcı klinikalar təmsil olunacaqlar.
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin daimi iştirakçısı və ötən sərgilərdə tərəfdaşı olan Bolqarıstan bu dəfə qeydiyyat prosesinin sponsoru qismində iştirak edəcək.
Sərgidə ilk dəfə iştirak edən Argentina, Dominikan Respublikası, İtaliya, Çin və Keniya isə ziyarətçilər üçün yay mövsümünün yeniliyi ola bilər. Argentina və Dominikan Respublikası öz milli stendləri ilə debüt edirlər.
Qeyd edək ki, 2001-ci ildən keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi («AITF») Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə gerçəkləşir.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar