Avqust 26-dan 29-dək  Bakıda III "SALAM" Beynəlxalq Gənclər və Uşaq Filmləri Festivalı keçiriləcək. Festivala Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna, Böyük Britaniya, İtaliya, Almaniya, İsveç, Polşa, Belçikadan məktəblilərin qatılması gözlənilir.

Bu barədə festivalının təsisçisi və rəhbəri, Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov məlumat verib. Onun sözlərinə görə, festivalın əsas məqsədi müxtəlif ölkələrdən uşaq və gənclər arasında dostluq əlaqələrinin yaradılması, Azərbaycan mədəniyyətinin təbliği eləcə də, professional filmlərin nümayişi vasitəsi ilə gənc nəsildə bədii zövqün aşılanmasıdır.

Qeyd edək ki, "SALAM" Beynəlxalq Gənclər və Uşaq Filmləri Festivalı 2019-cu ildə "Narimanfilm" tərəfindən təsis edilib. Festival Elm və Təhsil  Nazirliyinin və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.

Lalə