Xalqımız ən qədim və gözəl ənənələrimizdən olan xalça kəsimini əsrlər boyu xüsusi təntənə ilə, bayram əhvali-ruhiyyəsində qeyd edib, şirinlik paylayıb. Həmin gün doğmalar, yaxın qohumlar, qonşular yığışaraq xeyir-dua veriblər. Yeni xalçanın ərsəyə gətirilməsini dünyaya uşaq gəlməsi kimi sevincli hadisə ilə müqayisə edən əcdadlarımızdan qalan bu maraqlı ənənə Azərbaycan Milli Xalça Muzeyində də yaşadılır.

İyulun 14-də reallaşan Qarabağa aid məşhur “Qasımuşağı” xalçasının kollektivin iştirakı ilə hanadan kəsimi mərasimi bunun növbəti gözəl örnəklərindən biridir.

Ənənəvi texnologiya şöbəsində xalça rəssamı Şəbnəm Piriyevanın texniki çeşnisi əsasında Yeganə Abasova və Təranə Qasımova tərəfindən toxunan bu yeni əsər Milli Xalça Muzeyinin  kolleksiyasında yer alan XX əsrin əvvəllərinə aid “Qasımuşağı” xalçasının replikasıdır.

Xalçanın adı Qarabağın dağlıq hissəsində (indiki Laçın rayonu) yaşayan Qasımuşağı tayfası ilə bağlıdır.

Lalə