Belarusun Vitebsk şəhərində keçirilən ənənəvi estrada mahnı müsabiqəsi başa çatıb. XXXIII “Vitebskdə Slavyan Bazarı” Beynəlxalq İncəsənət Festivalı iyulun 9-dan 14-dək davam edib.
Festival çərçivəsində təşkil olunan estrada mahnı müsabiqəsinin Qran-pri mükafatını Moldovadan olan müğənni Karolina Balan qazanıb.
Qazaxıstan təmsilçisi Yernazar Juban birinci mükafata layiq görülüb.
İkinci yeri Maryam Tankredi (İtaliya) və Yekaterina Kuzina (Rusiya) paylaşıblar.
Üçüncü mükafat isə Valeri Çuçman (Belorus) və Nevena Peykovaya (Bolqarıstan) verilib.
“Mir” Dövlətlərarası teleşirkətinin “Mahnı – əməkdaşlığa aparır” xüsusi mükafatına isə (Milli ənənələrin qorunmasında yüksək ustalığına görə) Özbəkistan müğənnisi Səlimə layiq görülüb.
Gülcahan