Aprelin 3-4-də, Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin ("AİTF-2014") keçirildiyi günlərdə Bakıda Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının (UNWTO) Avropa Komissiyasının 57-ci iclası və "Səmərəli turizm klasterlərinin inkişafı" üzrə seminarı keçiriləcək.
Bu tədbir barədə qərar Avropa Komissiyasının 56-cı iclasında qəbul edilib və Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə DTT-nin baş katibi Taleb Rifai arasında tədbirin Bakıda keçirilməsinə dair saziş imzalanıb.
İclasda və seminarda 31 ölkənin nümayəndələri, ekspertlər iştirak edəcək. Tədbir çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı, Monteneqronun davamlı inkişaf və turizm naziri Branimir Qvozdenoviç, Xorvatiyanın turizm naziri Darko Lorencin, Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi İştvan Komoroçski, Litvanın iqtisadiyyat naziri Evaldas Güstasla görüşləri nəzərdə tutulur.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar